İcbari Tibbi Sığorta Agentliyi tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Müsabiqənin başlama tarixi və vaxtı: 27.07.2023 14:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 25.08.2023 11:00
Ümumi məbləğin 30 faiz miqdarında avans ödənişi nəzərdə tutulmuşdur. Qalıq 70 faiz hissə üzrə ödəniş, İcraçı tərəfindən mallar müqavilənin xüsusi şərtlərinə uyğun olaraq hissə-hissə və ya birdəfəyə təhvil verildikdən, hesab-faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı təqdim olunduqdan sonra 10 (on) bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya ödəniləcək.
Çatdırılma yeri - Bakı şəhəri – Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 142 D.
Çatdırılma müddəti - Hər bir mal vahidi üzrə 30% hissəsini 60 təqvim günü ərzində və qalıq 70 % hissəsini isə Sifarişçinin tələbinə əsasən birdəfəyə və ya hissə-hissə 2024-cü ilin sonunadək.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Tender iştirakçısının müflis elan olunmaması əmlakı üzərinə həbs qoyulmaması ödənişə yönəlmiş girovun olmaması məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
İddaiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektli olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış
Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün habelə işlərini idarə edənlərin qulluqçularının peşəkar fəaliyyətləri yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır)
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əhmədağa Salayev, Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2011)
Siyahı ilə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.