İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dəyəri 4,6 milyon manat olan tenderin qalibini seçib.
FED.az xəbər verir ki, tenderdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Data Mərkəzlərində istifadədə olan F5 və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilən tibb müəssisələrində istifadədə olan Palo Alto PA 220 avadanlıqlarının lisenziyalarının yenilənməsi xidmətinin satın alınması" nəzərdə tutulur.
Qalib şirkət "Ultra Technologies" (VÖEN: 4600021491) olub. Müqavilənin dəyəri isə 4 669 833 manatdır.
Sözü gedən şirkət bundan əvvəl Bakı Dövlət Sosial İqtisad Kollecinin 37 453 manat dəyərindəki "Maşın və avadanlıqların alınması" tenderinin qalibi seçilib (21.12.2022).