Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzləri üçün avadanlıqların (İT) satınalınması nəzərdə tutulur .
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1701393691
Satınalan təşkilatın ünvanı : Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 85, AZ1069
Müsabiqənin başlama tarixi və vaxtı : 13.09.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 04.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 12.10.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı : 13.10.2023 12:00
Ödəniş şərtləri : Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında xidmətlər/mallar/işlər Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində aparılır.
Çatdırılma yeri : Z.Nudirəliyev 85
Çatdırılma müddəti : 2023
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş vergi hesabatı
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Maliyyə vəziyyəti haqqında bank arayışı
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
İxtisas göstəriciləri:
Predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəyə malik olması
Müvafiq lisenziyası və ya icazəyə malik olması;
Mənşə və uyğunluq sertifikatları
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, işçi qüvvəsinin, texniki imkanlarının, idarəetmə səriştəsinin, etibarlığının olması;
Nümunə
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Səbuhi Bayramov , AR Prezidenti yanında VXSİDA, Agentliyin Aparatı, İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsi, İT xidmətlərinə dəstək sektoru
Email: [email protected]
Əlaqə telefonu: (+994 12) 5058704/ daxili 2304, mobil 051 229 60 15