Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzləri üçün avadanlıqların (İT) satınalınması nəzərəd tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701393691
Satınalan təşkilatın ünvanı: Müsabiqənin başlama tarixi və vaxtı: 07.08.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 29.08.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 07.09.2023 12:00
Ödəniş şərtləri - Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında xidmətlər/mallar/işlər Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində aparılır.
Çatdırılma yeri - Z.Nudirəliyev 85
Çatdırılma müddəti - 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş vergi hesabatı
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Maliyyə vəziyyəti haqqında bank arayışı
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
İxtisas göstəriciləri:
Predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəyə malik olması - Təsdiqedici sənədlər: müqavilə və təhvil-təslim aktının notarial qaydada təsdiqi ilə
Müvafiq lisenziyası və ya icazəyə malik olması; - Meyar üzrə tələb olunan lisenzya və ya icazəyə malik olması haqda sənədlər təqdim edilməlidir.
Mənşə və uyğunluq sertifikatları - İddiaçının tender təklifində yer alan mallar üzrə (HP, CİSCO, Lenovo, Canon, Epson, Hikvision, Samsung, LG kimi aparıcı istehsalçı şirkətlərlə yüksək tərəfdaşlıq (Platinum, Elit, Qızıl, Premyer, Gümüş, Rəsmi distribütor və Biznes Tərəfdaşlıq) statusuna malik olmalıdır) rəsmi tərəfdaşlıq sertifikatları.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, işçi qüvvəsinin, texniki imkanlarının, idarəetmə səriştəsinin, etibarlığının olması; - Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının (informasiya texnologiyaları sahəsində ixtisaslaşmış təşkilat olması), təcrübəsinin (oxşar işlər üzrə 3 illik təcrübə), işçi qüvvəsinin (bax: Əlavə 3, İddiaçının ixtisas göstəriciləri haqqında məlumat,bənd 1.4), texniki imkanlarının (bax: Əlavə 3, İddiaçının ixtisas göstəriciləri haqqında məlumat, bənd 1.5), idarəetmə səriştəsinin (iddiaçı müvafiq işlər üzrə operativ idarəetmə səriştəsinə malik olması), etibarlığının olması (iddiaçının müvafiq işlər üzrə etibarlı tərəfdaş olması-məhkəmə proseslərinə cəlb olunmaması);
Nümunə - Predmet üzrə verilmiş avadanlıqların hər birindən bir nümunə Sifarişçi təşkilata qiymətləndirmə zamanı rəsmi təqdim edilməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səbuhi Bayramov, AR Prezidenti yanında VXSİDA, Agentliyin Aparatı, İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsi, İT xidmətlərinə dəstək sektoru
Email: [email protected]
Əlaqə telefonu: 012 4447444 (2308)