Minatəmizləmə Agentliyi "İşçilərin tibbi və fərdi qəza sığortası xidmətlərinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" ASC (VÖEN: 1400837161) olub.
Şirkətlə 1 885 575 manat məbləğində müqavilə imzalanıb.
"Paşa Sığorta" ASC daha öncə Sahibkarlığın İnkişafı Fondu ilə 54 060 manat dəyərində "Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarının 2023-cü il üzrə tibbi sığortalanması xidmətlərinin satınalınması" tenderi üzrə müqavilə imzalayıb (13.03.2023)