Sosial Xidmətlər Agentliyi açıq tender elan edir.
Dövlət fondu bu şəxsdən ofis icarəyə götürdü - MƏBLƏĞ
FED.az xəbər verir ki, elanda Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınması nəzərdə tutulub.
Qeyd edək ki, 3200 m² (24 aylıq) ofis sahəsi və 200 m² (24 aylıq) anbar sahəsi icarəyə götürüləcək.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1405196831
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2
Ehtimal olunan qiymət: 1.619.760,00 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 18.11.2024 17:38
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.12.2024 18:00
Zərflərin açılış tarixi və vaxtı: 13.12.2024 18:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Camal Nəhmətov, Baş mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : 0125254130/5158