Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev olub. Onunla 1 milyon 828 min 536.85 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, həmin şəxslə həmçinin bu gün Sosial Xidmətlər Agentliyinin 6 milyon 422 min 706.0 8 manat məbləğində “Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələri üçün hazır yemək xidmətinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (27.12.2022)