Dövlət Ehtiyatları Agentliyi (ADEA) açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda "ADEA tərəfindən satın alınan ərzaqlıq buğdanın ADEA-ya məxsus Səngəçal və Gəncə dalan dəmir yollarına, habelə ərzaqlıq buğda ehtiyatının aidiyyəti üzrə kənar saxlanc üçün nəzərdə tutulan digər dalan dəmir yollarına kimi daşınması xidmətlərinin satın alınması" nəzərdə tutulur.
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot 1: "ADEA tərəfindən satın alınan ərzaqlıq buğdanın ADEA-ya məxsus Səngəçal və Gəncə dalan dəmir yollarına, habelə ərzaqlıq buğda ehtiyatının aidiyyəti üzrə kənar saxlanc üçün nəzərdə tutulan digər dalan dəmir yollarına kimi daşınması xidmətləri"nin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti Xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs - Şahbazi Səkinə Qəhrəman qızı.
Ünvan: Azərbaycan, Bakı ş., Heydər Əliyev pr. 152, AZ1029, Çinar Plaza Biznes Mərkəzi, 23-cü mərtəbə
Əlaqə nömrəsi: +99412 210 01 95 (daxili: 2288, 2285)
Elektron poçt ünvanı: [email protected]; [email protected]
Müsabiqədə iştirak ödənişsizdir.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşğıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. İddiaçının tam adı, hüquqi statusu, kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədlərin notariat qaydasında 2023-cü ildə təsdiq edilmiş surətləri və bank hesabının olduğu bankın rəsmi blankında təsdiq olunmuş bank rekvizitləri təqdim edilməlidir;
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Müsabiqə elan olunduğu tarixdən sonrakı tarixdə alınmış arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya sənəd elektron formada əldə olunduğu zaman həmin sənədin notarial qaydada təsdiq olunmuş forması təqdim edilməlidir);
4. İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, habelə ödəmə qabiliyyəti olması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat; (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilir. Sənəd elektron formada əldə olunduğu zaman həmin sənədin notarial qaydada təsdiq olunmuş forması təqdim edilməlidir);
5. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən alınmış məhkum olunmama və fəaliyyətin məhdudlaşdırılmaması ilə bağlı arayış);
6. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti meyarlarına uyğun olması barədə sənəd - arayış (Malgöndərən (podratçı) Dövlət Statistika Komitəsindən alır);
7. İddiaçının 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş (2022-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surəti) sənədin notarial qaydada təsdiq olunmuş forması təqdim edilməlidir);
8. İddaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (Müsabiqə elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır);
9. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
10. Tender təklifi dəyərinin 1,0 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır).
İxtisas göstəriciləri:
1. Satınalma predmeti üzrə Xidmətləri təqdim etmək üçün zəruri olan maddi-texniki bazaya sahib olmalıdır;
2. Satınalma predmeti üzrə Xidmətlərin icrası üçün zəruri sayda (sayları göstərilməklə) peşəkar mütəxəssis (əmək müqaviləsi ilə əsas iş yeri olaraq çalışan Azərbaycan Respublikasının vətəndaşı olan) heyətinə malik olmalıdır; (e-gov.az hökumət portalından arayış, əmək müqaviləsinin bildirişinin surəti və müvafiq sertifikatların surəti təqdim edilməklə);
3. İddiaçının satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasına dair "Azərbaycan Dəmir Yolları" QSC ilə birbaşa bağlanılmış və qüvvədə olan müqaviləsinin olması barədə təsdiqedici məlumat, və ya xidmətləri "Azərbaycan Dəmir Yolları" QSC ilə qüvvədə olan müqaviləyə malik digər şirkət vasitəsilə təqdim edəcəyi təqdirdə həmin müqavilə barəsində, habelə Birgə müəssisə fəaliyyəti barəsində təsdiqedici məlumat təqdim edilməlidir;
4. Satınalma predmeti üzrə analoji Xidmətlərdə minimum 1 (bir) il və daha çox təcrübəsi olmalıdır.
Qeyd: Qeyri-rezident hüquqi və fiziki şəxslər tender prosedurunda iştirak etmək istədikdə, onların başqa dildə hazırladığı tender təklifi, eləcə də bütün yazışmalar və müşayiətedici sənədlərin bölmələr üzrə Azərbaycan dilinə dəqiq tərcüməsi təqdim edilməlidir. Aydınlaşdırılma məqamında üstünlük tərcümə edilmiş nüsxəyə veriləcəkdir.
İddiaçılar tender ilə bağlı sualları rəsmi müraciətlə Satınalan Təşkilata ünvanlaya bilərlər. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29.12.2023-cü il saat 15:00-a qədər, tender təklifini və tender təklifi ilə bağlı bank zəmanətini isə 11.01.2024-cü il saat 15:00-a qədər imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 12 yanvar 2024-cü il tarixində saat 15:00-da Azərbaycan, Bakı şəhəri, Heydər Əliyev pr. 152, AZ1029, Çinar Plaza Biznes Mərkəzi, 30-cu mərtəbə ünvanında yerləşən ADEA-nın iclas zalında açılacaqdır.