Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi heyvanların müxtəlif xəstəliklərə qarşı peyvənd vasitələrinin alınması ilə bağlı iki iri satınalma müqaviləsi imzalayıb.
Dövlət Agentliyi bu şirkətdən mebellər aldı - MƏBLƏĞ
FED.az xəbər verir ki, birinci müqavilənin qalibi “Plastprof” MMC olub. Şirkət heyvanların Bruselyoz, Quduzluq, donuzların Taunu, atların Rinopnevmoniya və Qrip xəstəliklərinə qarşı peyvənd vasitələrinin təchizatını həyata keçirəcək. Bu tender üzrə bağlanan müqavilənin ümumi dəyəri 1 794 580 AZN təşkil edir.
Qeyd edək ki, "Plastprof" MMC 2023-cü ildə yaradılıb və nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Elməddin Əmirov Zahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 26/76, mənzil 30-da yerləşir.
Digər müqavilə isə “Epdbiomed” MMC ilə bağlanıb. Şirkət Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün Qarayara, Çiçək və infeksion Nodulyar Dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin təminatını həyata keçirəcək. Bu müqavilənin məbləği isə 1 408 822 AZN təşkil edir.
Qeyd edək ki, "Epdbiomed" MMC 2005-ci ildə yaradılıb və nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Məmməd Əli Əliyev Sabir oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.













