İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ““Dağınıq skleroz xəstələrinin müalicəsi, profliktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” üzrə nəzərdə tutulan dərman vasitələrinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Zeytun Pharmaceuticals" MMC seçilib. Şirkətlə 3 milyon 470 min 448.2 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yol Xəstəxanasının 48 min 445.96 manat dəyərindəki “Dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması (97 adda)” tenderi üzrə müqavilə bağlanılıb (22.11.2022) .