Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, elanda maliyyə hesabatlarının yoxlanılması və audit rəyinin verilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmasının auditi, tövsiyələrin verilməsi, illik maliyyə hesabatlarının beynəlxalq maliyyə standartına uyğun hazırlanması və yekun rəyin verilməsi və maliyyə və təchizat fəaliyyəti üzrə hazırlanmış digər hesabatların auditi və tövsiyələrin verilməsi xidmətləri satın alınacaq.
Müsabiqədə iştirak haqqı 56 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1603326271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti 134
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 14.03.2024 11:13
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.04.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 05.04.2024 16:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Allahyar Əhmədli, Korporativ xidmətlər departamentinin Təchizat şöbəsinin aparıcı mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 0124040401