İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Roche Cobas 6800 tam avtomat Real Time PZR analizatorunda istifadə olunan test dəstlərinin (amplifikasiya, ekstraksiya və istifadə ediləcək ləvazimatlar daxil) satın alınması (II elan) üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 7 195 581 manatlıq tenderin qalibi “Labservis LTD” MMC olub.
Tərəflər arasında satınalma müqaviləsi imzalanıb.