Dövlət Məşğulluq Agentliyi “İdxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Məşğulluq Agentliyindən yeni - TENDER ELANLARI
FED.az xəbər verir ki, tenderin qalibi “Agro Best” QSC olub.
Qalib şirkətlə 66 854 876 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Agro Best” QSC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48 ünvanında yerləşir.
Bağlanmış müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd edilmiş idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər mallar satın alınacaq.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
1 |
İnək, 3 yaşa qədər |
Heyvanların diri çəkisi minimum 265 kq və ondan yuxarı olmalıdır. |
18.000 |
ədəd |
10101516 |
2 |
Qarışıq yem (paketlənmiş) |
Tərkibi: Quru maddə-(ən azı-88%-Vitamin A-ən azı -15000 iu/kg ) Protein (ən az-18%-Vitamin D-ən az-3000 iu/kg) Xam selüloz (ən çox -14%-Vitamin E ən az-30 mg/kg) Xam kül (ən çox -9% Niacine ən az 100 mg/kg) Kalsium (ən az/ən çox 1,0-2,0 % Manganez ən az 50 mg/kg) Sodyum (ən az/ən çox 0,03-0,6 % Dəmir ən az 50 mg/kg) Fosfor (ən az-0,5 % Çinko ən az 50 mg/kg) Metabolik enerji ( ən az 2450 K cal/Kg Bakır ən az 10mg/kg) 25 və ya 50 kq-lıq zərbələrə davamlı, rütübət keçirməyən, yemin tərkibini və keyfiyyət göstəricilərini dəyişməyən materiallardan olmalıdır. Həmçinin, paketlənmiş yemin üzərində istehsal tarixi, yemin tərkibi, saxlama müddəti və s. göstəricilər qeyd olunmalıdır. |
6.560 |
ton |
10121507 |
3 |
Qoyun, 2≤4 yaş |
Qoyunun çəkisi minimum 45 kq olmalıdır. |
40.000 |
ədəd |
10101507 |
4 |
Qoç, 2≤4 yaş |
Qoçun çəkisi isə minimum 55 kq olmalıdır. |
2.000 |
ədəd |
10101507 |
5 |
Keçi, 2≤4 yaş |
Keçinin çəkisi minimum 35 kq olmalıdır. |
4.000 |
ədəd |
10101508 |
6 |
Təkə, 2≤4 yaş |
Təkənin çəkisi isə minimum 40 kq olmalıdır. |
400 |
ədəd |
10101508 |
7 |
Arı ailəsi |
Arı ailəsi minimum 15000 sayda işçi arıdan ibarət olmalıdır. Ana arı ən azı 1 yaşında olmalıdır. |
10.000 |
ədəd |
10101903 |
8 |
Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez matreal) |
Qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material |
500 |
dəst |
53102719 |
9 |
Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt) |
Alminium və paslanmayan metal qarışığı, 4 pərli, 40 lt-lik |
500 |
ədəd |
21102401 |