Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi növbəti tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Optima İnnovation Solutions" MMC olub.
Qalib şirkətə 484 553 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatı, 20 “ASAN xidmət” mərkəzi və 10 ədəd səyyar nəqliyyat vasitələrində istifadədə olan informasiya texnologiyaları (İT) avadanlıqlarına 2023-cü il ərzində texniki dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur.