İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi « Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması (II elan) Açıq tender» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "JBA Group MMC" MMC olub. Şirkətlə 4 milyon 514 min 650 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Qusar Rayon Mərkəzi Xəstəxanasının 46 min 019 manat dəyərindəki “2021- ci il yekununa görə Maşın və avadanlıqların alınması” (25.11.2022) tenderini qazanıb.