İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "“Dağınıq skleroz xəstələrinin müalicəsi, profliktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” üzrə nəzərdə tutulan dərman vasitələrinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib şirkət "Zeytun Pharmaceuticals" MMC olub. Şirkətlə 3 milyon 470 min 448.2 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, "Zeytun Pharmaceuticals" MMC bundan əvvəl də agentlikdən "“Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin və tibbi sərfiyyat malı”nın satın alınması" üzrə 123 min 313.04 manatlıq(19.12.2022) ,""Ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması" üzrə 2 milyon 799 min 607.82 manatlıq (14.10.2022), "Tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması" tenderi üzrə 3 milyon 399 min 200.16 manatlıq (08.09.2022) sifariş alıb.