"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" Publik Hüquqi Şəxsi açıq tender elan edib.
FED.az xəbər verir ki, müsabiqə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən maliyyə hesabatlarının "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları"na uyğunluğunun yoxlanması və müstəqil audit rəyinin verilməsi xidmətini əhatə edir.
Qeyd edək ki, maliyyə hesabatları 2025, 2026 və 2027-ci illəri əhatə edəcək.
Müsabiqədə iştirak haqqı 250 AZN-dir.
Satınalan təşkilatın VÖEN-i: 1305817761
Satınalan təşkilatın ünvanı: Bakı ş., İ.Qutqaşınlı 86
Ehtimal olunan qiymət: 184 080 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.11.2025 17:00
Zərflərin açılış tarixi və vaxtı: 17.11.2025 17:00
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: Nurlan Namazlı, şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994 12 525 50 26













