“Azərkosmos” agentliyi “Könüllü tibbi sığorta xidmətinin satın alınması” üzrə tender elan edir.
FED.az xəbər verir ki, sığortanın müddəti 1 (bir) ildir Sığortalanmış şəxslərin sayı: 250 nəfərdir. Bir nəfər üçün bir illik sığorta məbləği: ən azı 10000 (on min) manatdır
Tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 15-də başlayır, tələb olunan sənədlər dekabrın 6-dək, tender təklifləri isə dekabr ayının 14-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 15-də açılacaq.