Dövlət Xəzinədarlığı Agentliyi “Yaddaş massivi üçün yeni disklərin alınması və müxtəlif növ proqram təminatlarının lisenziyasının istifadə müddətinin artırılması xidmətlərinin satın alınması” və “SAP sistemində müqavilələrin icrasına dair məlumatların mübadiləsinin İSO 20022 standartlarına uyğun olaraq MX formatında aparılması, Mərkəzi Bankın Hökümət Ödəniş Portalı sistemi ilə inteqrasiyası və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalının verilənlər bazasının yenilənməsi üzrə işlərin və xidmətlərin satın alınması” tenderlərin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi “Digitsol" MMC olub. Şirkətlə 1 063 187 manat məbləğində müqavilə imzalanıb. İkinci tenderin qalibi “İnfinitech” MMC olub. Bu şirkətlə 1 128 087 manat məbləğində müqavilə bağlanılıb.
Qeyd edək ki, bağlanmış müqavilələrin ümumi dəyəri 2 191 274 manatdır.