Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Ofis sahəsinin icarəsinin satın alınması” üzrə tender elan edir. Ofis sahəsinə minimum tələblər: Mətbəx 2 otaq, Yeməkxana – 1otaq, Arxiv – sənəd rəfləri 1 otaq, İş otağı – 17 otaq, Qəbul üçün foye – 1 foye, Qarderob -2 otaq, Ümumi sanitar qovşaq – 2 ədəd, AKT zalı- 1otaq, iclas zalı 1 otaq Rəhbər otaqları – iş otağı – 8 otaq, istirahət otağı – 1 otaq Ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) minimum 2000 m2 olmaldır.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 350 manatdır, müsabiqə oktaybr ayının 28-də başlayır, tələb olunan sənədlər noyabrın 22-dək, tender təklifləri isə noyabrın 30-dək təqdim edilməlidir. Zərflər dekabrın 1-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.