İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun olaraq hazırlanacaq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Beynəlxalq Audit Standartları (BAS) üzrə auditi xidmətləri"nin satın alınması üzrə təkliflər sorğusunun nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkət “Praysvoterhauskupers Audit Azərbaycan" MMC olub. Şirkətlə 2 006 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi 35 400 manat məbləğində “Mənzil İnşaatı Dövlət Agentliyinin 2021-ci il üzrə MHBS-yə (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) uyğun maliyyə hesabatlarına dair müstəqil auditin aparılması xidməti” tenderi üzrə müqavilə bağlanılıb (28.02.2022).