İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələr”in satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Garant Plus” MMC olub.
Şirkətlə 1 500 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Garant Plus” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Həsənağa İlyaslı Rövşən oğludur. Hüquqi ünvanı AZ1100, Bakı Şəhəri Yasamal Rayonu, Nazim Hikmət, ev 25, m. 54 ünvanında yerləşir.