İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması” ilə bağlı 5 tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib olan şirkətlərlə toplamda 12 090 029 manat məbləğində müqavilələr imzalanıb.
Qurumun elan etdiyi tenderlərdən ən iri məbləğli tenderi “Medsol” MMC udub. Şirkət 6 988 701 AZN məbləğli tenderi udaraq 1-ci sırada qərarlaşıb.
Qeyd edək ki, “Medsol” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Abbas Səhhət, ev 2F, m. 0 ünvanında yerləşir.
“Besan” MMC şirkəti isə 3 851 874 AZN tenderin qalibi olaraq ikinci sırada qərarlaşıb.
Qeyd edək ki, “Besan” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 50 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əjdər Baxşalıyev Baxşalı oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 152,Çinar Plaza iş mərkəzi,19-cu mərtəbə ünvanında yerləşir.
Yerdə qalan 3 şirkətin udduğu tenderlərin mələği isə 100 mindən yuxarıdır.
Daha detallı qalib şirkətlər və məbləğlər aşağıda təqdim etdiyimiz cədvəldə :
Qalib şirkət |
Məbləğ |
“Medsol” MMC |
6 988 701 AZN |
“Besan” MMC |
3 851 874 AZN |
“Rinara Pharma” MMC |
774 768 AZN |
“Arash Medical Company” QSC |
339 747 AZN |
“Paşa-K” Firması |
134 939 AZN |
CƏMİ : 12 090 029 |