Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) publik hüquqi şəxsə lazım olan mulltimedia, foto, foto laboratoriya və digər avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Premier” MMC olub.
Şirkətlə 1 125 235 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Premier” MMC 2006-cI ildə yaradılıb, nizamnamə kapitalı 1 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Cavad Məmmədov Ramil oğludur. Hüquqi ünvanı AZ1009, Bakı Şəhəri Yasamal Rayonu, Cəfər Cabbarlı, ev 24 ünvanında yerləşir.