"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ (VÖEN – 1506095421) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti könüllü tibbi sığorta xidmətinin satınalmasıdır. Ehtimal olunan qiymət 510 400 manat təşkil edir.
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
|---|---|---|---|---|---|
| 1 |
Əməkdaşlar üçün könüllü tibbi sığorta xidməti paketi (sığorta məbləği hər bir şəxs üçün 10.000 AZN (on min)) |
1. Azərbaycan ərazisində təcili və təxirəsalınmaz tibbi yardım: 1. 24/7 saat ambulans xidməti (klinikalara); 2. terapevtik, cərrahi xəstəliklər və travmalar zamanı yerində operativ tibbi yardım; 3. ilkin müayinə və diqanostika; 4. ABC sistemi ilə ürək-ağciyər reanimasiyası; 5. EKQ müayinəsi və nəticənin oxunması; 6. ultrasəs müayinəsinin keçirilməsi; 7. labarator ekspress testlərin aparılması və onların şərhi; 8. mərkəzi və periferik venaların punksiyası və kateterizasiyası; 9. vendaxili infuziya və infeksiyaların aparılması; 10. qanaxmaların dayandırılması; 11. travmalar zamanı immobilizasiya; 12. ağrısızlaşdırmanın bütün növləri; 13. tam dərman təchizatı; 14. müvafiq tibb müəssisəsinə həkim müşahidəsi ilə hospitalizasiya 2.Təcili vaksinasiya: quduzluğa, tetanus və s. xəstəliklərə qarşı təcili peyvəndlər; Qrip əleyhinə vaksinasiya (ildə 1 (bir) dəfə) Vaksinasiya payız mövsümündə öncədən razılaşdırılmış vaxtda tibb müəssisəsində həyata keçirilir. 3. Təcili stomotoli yardım: (qeyd edilən bəndlər daxilində limitsiz xidmət) 1. Stomotoloqun müayinəsi; 2. dişlərin çəkilməsi (sadə və mürəkkəb) 3. üz çənə nahiyəsində olan fleqmona və abseslərin yarılması; 4. üz-çənə nahiyəsində anesteziya; 5. üz-çənə nahiyəsinin travmaları zamanı yaraların birincili cərrahi işlənməsi; 6. üz-çənə nahiyəsinin travmaları zamanı immobilizasiya; 7. removal of teeth (simple and complex) only in emergency cases 8. lancing of abscess and flegmonas of jaw-facial region 9. anaesthesia in jaw-facial region 10. primary surgical working-up of wounds in case of jaw-facial region’s traumas 11. immobilization in case of jaw-facial region’s traumas 4. Stasionar müalicə: 1. Təcili və ya planlı hospitalizasiya; 2. yüksək ixtisaslı mütəxəssislər tərəfindən məsləhətləşmə və konsiliumlar; 3. ikinəfərlik palatalarda yerləşdirilmə; 4. stasionar şəraitdə tələb olunan müxtəlif diaqnostik müayinələr: - angiografiya; - insturmental - rentgen, USM, kompyuter tomoqrafiyası, magnit-rezonans tomoqrafiyası, EKQ, ExoKQ, REQ, EEQ, endoskopik müdaxilələr, doppleroqrafiya - labarator - ümumi analizlər, klinik testlər, koaqulometriya, biokimyəvi testlər, hormonlar, bakterologiya - sitoloji, histoloji təhlillər. 5. cərrahi əməliyyatlar: - ümumi cərrahiyyə; - üz - çənə cərrahiyə; - ginekoloji əməliyyatlar; - neyrocərrahiyyə; - travmatologiya və s. 6. hər növ anesteteziya 7. reanimasiya və intensiz terapiya şöbəsində müalicə; 8. həkim tərəfindən təyin edilmiş pəhriz əsasında xəstənin qidalanması; 9. cərrahi əməliyyatdan sonrakı dövrdə ümumi qulluq; 10. gündüz stasionarı; 11. həkim təyinatı əsasında xəstəlik vərəqələrinin verilməsi; 12. Stasionar müalicə zamanı dərman vasitələri ilə təminat. 5. Ambulator-poliklinik müalicə: 1. Həkimə online qeydiyyat; 2. ixtisaslı həkimlər tərəfindən ambulator müalicə; 3. ambulator cərrahiyyə; 4. müalicə üçün tələb olunan prosedurlar; 5. ambulator şəraitdə funksional diaqnostika; - angioqrafiya; - instrumental - rentgen, USM, KT (kompyuter tomoqrafiyası), MRT ( magnit-rezonans tomoqrafiyası), EKQ, ExoKQ, REQ, EEQ, endoskopik müdaxilələr, angioqrafiya, doppleroqrafiya - laborator - ümumi analizlər, klinik testlər, koaqulometriya, biokimyəvi testlər, hormonlar, bakteriologiya; - sitoloji, histoloji təhlillər. 6. xəstəxanaya yerləşdirmə üçün göndərişlərin verilməsi; 7. müvəqqəti əmək qabiliyyətinin itirilməsi hallarının müəyyən edilməsi, bu barədə xəstəlik vərəqələrinin həkim təyinatı əsasında verilməsi; 8. zəruri reseptlərin yazılması; 9. ambulator-poliklinik müalicə zamanı dərman vasitələri ilə təminat - 5% şərtsiz azadolma, müalicə edən həkimin təyin etdiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş dərmanlarla pulsuz təmin olunma sığorta proqramına daxil olmalıdır. Müalicə edən həkim tərəfindən yazılan reseptlər 14 gün müddətində etibarlı sayılır. 10. Həkim təyinatı ilə fizioterapiya; (minimum 30 seans və seanslar həkim ressepti ilə təyin edilir); 11. Həkim təyinatı ilə müalicəvi masaj. (minimum 20 seans və seanslar həkim ressepti ilə təyin edilir). 6. Planlı stomotolji yardım: (qeyd edilən bəndlər daxilində limitsiz xidmət) 1. Stomotoloqun müayinəsi: - diaqnostika müayinələr (rentgen-diaqnostika, vizografiya, panoram şəkil və s.) - anesteziya; - kariyesin müalicəsi (səthi, orta, dərin) - kəskin və xroniki pulpitlərin və periodontitlərin müalicəsi: diş nahiyyəsinin açılması və küretajı;diş kanalının mexaniki və medikamentoz işlənməsi -sinirin çıxarılması -iltihabı infıltratın xaric edilməsi -diş kanalın plomblanması * diş boşluqlarının plomblaması və ştiftlənməsi * dişin çəkilməsi (sadə və mürəkkəb) -retensiya dişlərin çəkilməsi -diş kökünün çıxarılması -alveolit səbəbi ilə yaranmış yaranın küretajı -yaraya tikiş qoyulması * yaranın drenajı * üz çənə nahiyəsində fleqmon və absessin yarılması * limfadenitin müalicəsi; Diş daşlarının təmizlənməsi - ildə bir dəfə Airflow - ildə bir dəfə 7. Vitaminizasiya: 1. Sığorta müddəti ərzində bir dəfə 2. Multivitaminlər ilə təchizat yaz/payız mövsümündə, sığortalanmış şəxslərin sayı və yaş kateqoriyalarına müvafiq olaraq Sığortalının sorğusuna əsasən Sığortaçı ilə razılaşdırılmış müddət ərzində şirkət üçün həyata keçirilir 8. Profilaktik tibbi müayinə: Sığorta müddəti ərzində 1 (bir) dəfə • terapevtin müayinəsi • EKQ (elektrokardioqrama) • döş qəfəsinin rentgenoskopiyası • qanın ümumi analizi (leykositlər, hemoqlobin. EÇS) • sidiyin ümumi analizi • qarın boşluğunun ultrasəs müayinəsi Profilaktik tibbi müayinə yalnız sığorta olunanın könüllü istəyinə əsasən təyin ediləcək və Sığortaçı tərəfindən müəyyən olunmuş klinikalarda keçiriləcəkdir. Sığorta müqaviləsi bağlanmazdan əvvəl yaranmış xəstəliklərin müayinəsi və müalicəsi Xroniki xəstəliklərin müayinəsi və müalicəsi Xoşxassəli yenitörəmələrin diaqnostikası və müalicəsi Telesəhiyyə xidmətləri 9. Telesəhiyyə xidmətləri: Bakıda və regionlarda sığoıta olunanlar üçün Telesəhiyyə xidməti vasitəsi ilə həkimlərin video/telefon konsultasiya almaq imkanı ■ terapevtin (ailə həkimi) onlayn konsultasiyası ■ müalicə həkiminin göstərişi ilə diaqnostik və müalicə-profılaktik tədbirlərin təyin olunması ■ müalicə həkim tərəfindən laborator və instrumental diaqnostikaya göndəriş, müalicə dövründə həkim təqibi ■ pəhriz və qidalanma ilə bağlı tövsiyələrin verilməsi ■ diaqnoza uyğun olaraq müvafiq reseptlərin yazılması 10. Həkimtəyinatı ilə optic linza və eynəklər Sığorta olunan təyinata əsasən ya optik eynək, ya da optik linza əldə edə bilər. Eyni resept üzrə həm eynəyin, həm də linzanın alınması təminata daxildir. Tək eynək çərçivələri (optik şüşəsiz), günəş gözlükləri, antiblik (0 dioptriyalı) eynəklər, rəngli linzalar təminata daxildir. 11. Geriödəniş: Podratçı tibb müəssisələrin siyahısında göstərilməyən tibb müəssisələrə öncədən razılaşdırılmış müraciətlər. Əgər Sığorta olunan Sığortaçı ilə əvvəlcədən razılaşdırılma şərtilə tibbi sığorta müqaviləsində göstərilməyən tibb müəssisəsinə müraciət etmişdirsə. Sığortaçı sığorta ödənişini birbaşa olaraq Sığorta olunanın özünə ödəyir. Bu halda Sığorta olunan aşağıda göstərilən sənədlərin əsl nüsxələrini sığorta hadisəsi baş verdikdən sonra 30 gün müddətində Sığortaçıya təqdim etməlidir ■ geri ödəniş üçün doldurulmuş ərizə forması ■ sığorta olunan şəxsin tibbi yardım üçün müraciət etdiyi dövrdə onun səhhəti barədə mövcud tibbi sənədlər; ■ göstərilmiş tibbi xidmətlər haqqında məlumat verən sənədin əsli; ■ epikriz; ■ müayinə sertifikatı; ■ daşınma haqqında akt; ■ tibbi evakuasiya haqda sənəd; ■ dərman reseptlərinin əsl nüsxələri; ■ tibb müəssisəsinin verdiyi hesab-fakturalar; ■ dərman preparatları üçün verilmiş qəbzlər və s.; ■ Sığorta ödənişinin həyata keçirilməsi üçün zəruri olan bütün sənədlər (şəxsiyyəti təsdiq edən sənəd, bank hesabının rekvizitləri. ehtiyac yarandığı təqdirdə etibarnamə və s.). Geri ödənilən məbləğ cari AZN hesabına (əmək haqqı hesabı istisna olmaqla) köçürülür. Tibbi ekspertiza zamanı zərurət yarandığı halda Sığortaçı sığorta olunanın podratçı tibb müəssisəsində əlavə həkim müayinəsindən keçməsini tələb edə bilər. |
1.160 |
nəfər |
64122102 |
Təkliflərin son təqdim olunma vaxtı 18 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Rüfət Sərdarlı - Baş mütəxəssis
[email protected]
+994 77 455 97 59
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 18 fevral 2026-cı il tarixinə qədər Bakı şəh. Nərimanov r/n. Hacı Məmmədov 5 ünvanına təqdim edə bilərlər.











