Azərbaycan Qida Təhlükəsizliyi İnsitutu "Anbar sahəsinin icarə xidmətlərinin satın alınması" ilə bağlı tender elan edir.
Dövlət agentliyi bina icarəsi üçün fiziki şəxsə 970 min manat ödəyəcək- TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1005379691
Satınalan təşkilatın ünvanı: Süleyman Sani Axundov küçəsi, 73C
Satınalma predmeti: Anbar sahəsinin icarə xidmətlərinin satın alınması
ÜSL kod (kateqoriya): 70220000-9 Qeyri-yaşayış əmlakının icarəyə verilməsi və ya lizinq xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 14.03.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.04.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.04.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 20.04.2023 15:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr hər ay üçün Sifarişçi tərəfindən İcraçının təqdim etdiyi sənədlər (hesab-faktura, qaimələr və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə ödənilir
Çatdırılma yeri - AQTİ
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 1 il
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Samirə Hüseynova, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012 565 12 72 dax.524
1. Ən az 550 m2-lik (± 50) sahəyə malik olmalıdır; 2. Kommunikasiya baxımından Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yerləşdiyi Bakı şəhəri, S.S.Axundov 73C ünvanına yaxın ərazilərdə yerləşməlidir; 3. Reaktivlərin saxlanması üçün yanğın təhlükəsizliyi tədbirləri ilə təmin edilmiş olmalı, texniki-təhlükəsizlik qaydalarına cavab verməli, yanğından mühafizə sistemi olmalıdır; 4. Yanmayan divarlarla (yanğınaqarşı arakəsmələrlə) ayrılmış otaqlardan, həmçinin döşəməsi və tavanı betondan ibarət olmalıdır; 5. 24 saat ərzində su təchizatı, sanitar qovşaq olmalıdır; 6. 24 saat ərzində mühafizə xidməti, video müşahidə (anbar daxil və anbar xaric kameralar, kor zona olmamalıdır) sistemi olmalıdır; 7. 3 qütblü elektriklə təmin edilmiş enerji təchizatı olmalıdır; 8. Yük maşınlarının hərəkəti və manevr etməsi üçün rahat əraziyə malik olmalıdır; 9. Yüklərin rahat daşınması üçün pandus olmalıdır. Anbar 2-ci mərtəbədə yerləşdiyi halda yük lifti təmin olunmalıdır.