Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi universal tipli tam ötürücülü minik və tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması üzrə tenderlərin qaliblərini açıqlayıb.
Dərslik tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Udt-Texnika" MMC və "Azərmaş Group" MMC olub.
Universal tipli tam ötürücülü minik avtomobillərinin satın alınması üzrə tenderin qalibinə 473 416 manat, tam ötürücülü bortlu yük avtomobillərin satın alınması üzrə tenderin qalibinə isə 308 801 manat məbləğ ödəniləcək.
Qeyd edək ki, dövlət qurumu hər iki şirkətdən ümumilikdə 24 avtomobil alacaq.