Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin “DOST İş Mərkəzi” MMC Ofis şüşələrin (pəncərələr, fasad hissəsi) yuyulması xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Milli Oftalmologiya Mərkəzi - Kotirovka Sorğusu Keçirir
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 19 avqust 2021-ci il saat 17:00-dək qəbul olunur.
Tələb olunan sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir; 01.07.2021-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir);
3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir; 01.07.2021-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir);
5. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir);
6. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
7. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
10. Müvafiq sahibkarlıq fəaliyyəti növ
ünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
11. Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları” barədə “Attestasiya komissiyasının qərarı”.
12. Qaldırıcı səbət operatorunun proqram üzrə təlim kursunu bitirməsi barədə sertifikat.
Ünvan: AZ1100 Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 27.
Əlaqələndirici şəxs: Nəsimi Kərimzadə. Telefon: (+99451) 207-59-12.