Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması” təkliflər sorğusunun nəticələrini elan edib.
Bu şirkət DOST agentliyinə İT lisenziyaları satdı – MƏBLƏĞ, SİYAHI
FED.az xəbər verir ki, tenderin qalibi “Aztex Construction” MMC və “MAC Construction” QSC birgə konsorsiumu olub.
Şirkətlərlə 12 707 775 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, “Aztex Construction” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Surxay Vəliyev Salman oğludur. Hüquqi ünvanı AZ0100, Abşeron Rayonu, Xırdalan Şəhəri, Mehdi Hüseynzadə (Xırdalan qəs.), ev 3, m. 55 ünvanında yerləşir.
Qeyd edək ki, “MAC Construction” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramin Quliyev Ziyadxan oğludur. Hüquqi ünvanı AZ1040, Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov Ştq, Bəşir Bünyadov (Bakıxanov qəs.), ev 173 ünvanında yerləşir.