Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tenderin qalibini elan edib.
AzInTelecom tender - ELAN EDIR
FED.az xəbər verir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinin xarici elektrik təchizatı işləri tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "AZTEX CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qalibə 391 min 760 manat ödəyəcək.