DOST Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən DOST mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün əlavə mal-material və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müsbaiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305817761
Satınalan təşkilatın ünvanı: Bakı ş., İ.Qutqaşınlı 86.
Müsabiqənin başlama tarixi və vaxtı: 03.08.2023 20:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.08.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.09.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 05.09.2023 17:00
Ödəniş şərtləri -Tələb olunduğu halda müqavilə dəyərinin 30%-dən çox olmamaq şərtilə avansın 100%-i həcmində bank zəmanəti təqdim edildikdə avans ödənilə bilər.
Çatdırılma yeri -Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 86
Çatdırılma müddəti - 29.12.2023-cü il tarixinə qədər
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Camal Nəhmətov,
Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0125255026