Dayanıqlı Və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən avtobus tipli nəqliyyat vasitəsinin satın alınması” tenderinin nəticələrini elan edib.
DOST Agentliyinin 157 minlik tenderinin qalibi – BU ŞİRKƏT OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Ref Motors” MMC olub.
Qalib şirkətə 237 180 manat ödəniləcək.
Alınacaq avtomobilin tipi: Avtobus İstehsal ili: 2024-cü il Uzunluğu: minimum 7400 sm, maksimum 7600 sm Eni: minimum 2200 sm, maksimum 2400 sm Hündürlüyü: minimum 3200 sm, maksimum 3400 sm Mühərrikin həcmi: minimum 5100 sm3, maksimum 5400 sm3 Mühərrik tipi: Euro-5 EEV, Dizel Maksimum gücü: minimum 155 a.g Sürət ötürmə qutusu: 6+1 pilləli, mexaniki Oturacaqların sayı: minimum 21 Ayaq üstə sərnişin sayı: minimum 25 nəfər Rəngi: Ağ Təchizatı: Kondisioner,ABS,ASR,Fiziki məhdudiyyətli sərnişinlərin minib-düşməsi üçün qurğu (pandus) , taxoqraf, imoblayzer Avtomobil üçün zəruri olan digər təchizat avadanlıqları:(1 ədəd ehtiyat təkər, yanğınsöndürmə balonu, ilk yardım çantası, qəza dayanma nişanı, açar dəsti) Avtobusun üzərində təbliğat stikerlərinin və qurumun adının çap edilib montajı daxil-minimum diametri 1m olmaqla Zəmanət: min. 2 il və ya 150000 km (istehsal xətası ola bilən bütün hissələr üzrə)