Dayanıqlı Və Operativ Sosial Təminat Agentliyi « DOST Agentliyi və tabeliyində olan təşkilatların maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Deloitte & Touche" MMC olub. Şirkətlə 446 min 276 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də "Bakı Metropoliteni" QSC-nin 220 min manat dəyərindəki “2021- ci il yekununa görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun maliyyə hesabatlarının audit olması xidmətinin satın alınması” (28.06.2022) tenderini qazanıb.