Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi audit xidməti ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Abacus Audit and Consulting" MMC (VÖEN: 1503469551) seçilib.
Şahdağ Turizm Mərkəzi - AUDİTOR SEÇİB
Qalib şirkətə 11 900 manat xidmət haqqı ödəniləcək
Qeyd edək ki, həmin tenderdə Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Məlumat üçün onu da əlavə edək ki, "Abacus Audit and Consulting" MMC 16.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 21 310 manatdır. Qanuni təmsilçisi Rüfət Zeynalov Rəhman oğludur.
Hüquqi ünvanı Az1007, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin, ev 30, m 60-da yerləşir.