Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi audit xidməti ilə bağlı kotirovka sorğusununnəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Abacus Audit and Consulting" MMC (VÖEN: 1503469551) seçilib.
Qalib şirkətə 11 900 manat xidmət haqqı ödəniləcək
Qeyd edək ki, həmin sorğuda Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Müəssisənin maliyyə hesabatlarının 31 dekabr 2022-ci tarixə MHBS prinsiplərinə uyğun auditi və müstəqil auditor rəyinin verilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
2 |
Müəssisədə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) uyğunluğunun dəyərləndirilməsi və düzəliş etmək lazım gələrsə məlumatlandırılması |
2022-ci il üzrə |
1 |
ədəd |
3 |
Şirkətin fəaliyyətinə dair və cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyyələrin verilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
4 |
Auditin nəticələri barədə hazırlanacaq Audit Rəyinin iki dildə - Azərbaycan və İngilis dillərində tərtib edilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
5 |
Xərclərin vahid büdcə təsnifatına uyğunluğunun yoxlanılması |
2022-ci il üzrə |
1 |
ədəd |
6 |
Sifarişçinin vergi və digər dövlət orqanları qarşısındakı hesabat və ödəniş öhdəliklərinin araşdırılması (mənfəət vergisi, ƏDV və mülkəlləfiyətə uyğun digər bəyannamələrin yoxlanılması) və Vergi Məcəlləsinə olan dəyişikliklərlə bağlı tövsiyyələrin verilməsi |
2022-ci il üzrə |
1 |
ədəd |
Məlumat üçün onu da əlavə edək ki, "Abacus Audit and Consulting" MMC 16.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 21 310 manatdır. Qanuni təmsilçisi Rüfət Zeynalov Rəhman oğludur.
Hüquqi ünvanı Az1007, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin, ev 30, m 60-da yerləşir.