İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi üçün kotirovka sorğusu elan edib.
Sosial Tədqiqatlar Mərkəzinin - TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, müraciət üçün son tarix 20.06.2022-ci il saat 12:00-a kimidir və kotirovkada iştirak haqqı 100 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 ünvanına təqdim edə bilərlər.
Təşkilati və hüquqi sənədlər:
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir.
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - tender elanı tarixindən sonrakı tarixə Bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir.
Audit xidmətlərinin göstərilməsi üzrə Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təqdim olunan lisenziya - təsdiqedici sənədin (şirkətin özünə aid) orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış - müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - pdf formatda portala əlavə edilməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti(vergi Bəyənnaməsi) -vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin üzərində "əsli ilə düzdür" göstərilməlidir --pdf formatda portala əlavə edilməlidir