Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi xüsusi geyim və ayaqqabıların satın alınması üçün ümumilikdə 17 milyon 476,168 min manatlıq 3 müqavilə bağlayıb.
Eləcə də bax: “LiftTəmir” 2 milyon manatlıq tenderə yekun vurub
FED.az xəbər verir ki, birinci müqavilə “Bakı Tikiş Evi” ASC ilə imzalanıb və palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubkaların satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 6 milyon 954,8 min manatdır.
“BlackRamsUniform” MMC ilə bağlanmış müqavilə isti qış gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər və digər xüsusi geyimlərin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 6 milyon 663,056 min manatdır.
Üçüncü müqavilə “Elmanado” MMC ilə bağlanıb və ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışının satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 3 milyon 858,312 min manatdır.