Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tibbi və digər mebellərin təmiri ilə bağlı satınalma elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır və təkliflərin son təqdim olunma tarixi və vaxtı 21.01.2022 - ci il saat 12:00 - a kimidir.
Tenderlə kreslo donor üçün (qan alma) TM-A 1010 metal hissəsinin təmiri və elektrostatik toz boya ilə boyanması, masa 3 hissəli (46x37x85) 02.513.00 təmiri, elektrostatik toz boya ilə boyanması, ştativ qan köçürmək üçün plasmas təkərli 02.694.11 plastik detallarının dəyişdirilməsi, çarpayı /monofunksional döşəklə/ təkərli, metal hissəsinin təmiri və elektrostatik toz boya ilə boyanması, təkərlərinin dəyişdirilməsi və s. işlər görüləcək.
Təşkilati və hüquqi sənədlər:
Qeydiyyatdan keçdiyi ölkə - dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması zəruridir.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - 6.01.2022-ci il tarixindən sonra alınmaqla zəruridir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - son maliyyə dövrünə olan məlumatı əks etdirməklə zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı - 06.01.2022-ci il tarixindən sonra alınmaqla zəruridir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - 06.01.2022-ci il tarixindən sonra alınmaqla zəruridir
Nizamnamə -Sənədin notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması zəruridir
Rekvizitlər -Zəruridir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) -Lalə ƏhmədovaMühasib[email protected]5902009
Kotirovka sorğusunda iştirak etmək üçün təkliflərin minimal sayı: 3
• məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;
• satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.
Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq.
Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər.
Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır.
Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır.
Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir.
Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.