DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi BDYPİ YPXA-nın, Bakı şəhəri DYPİ və respublikanın rayon DYPB-lərinin, Qeydiyyat-imtahan və Müayinə Mərkəzlərinin xidməti istifadəsində olan xüsusi nəzarət-ölçü cihazlarına ehtiyyat hissələri, texniki qulluq və servis işləri üzrə tender elan edir.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 17.05.2022-ci il saat 11:00-a
kimidir və iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (20.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir) - PDF olunmuş.
İddiaçının son üç ildə analoji obyektlərin yerinə yetirdiyi müqavilələrin PDF olunmuş - mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sənəd (20.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir).
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması və Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (20.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir).
Rekvizitlər - PDF olunmuş;
Qeydiyyatdan keçdiyi ölkə - PDF olunmuş;
Nizamnamə - PDF olunmuş;
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması – 20.04.2022-ci il tarixindən sonrakı tarixə alınmış arayış qəbul ediləcəkdir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Əvəz Məmmədzadə
Əlaqə: 0123422960