DİN-IN MADDI-TEXNIKI TəMINAT BAş İDARəSI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 6 lot üzrə keçirilir::
lot 1 - zabit, sıravi və kiçik rəis heyəti üçün gündəlik, parad və səhra furajkaları, gündəlik və səhra qış papaqları
lot 2 - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, isti qış gödəkçəsi, gündəlik palto, plaş-palto, yay şalvarları, plaş-örtük, yay örtüyü, qış səhra gödəkçəsi, səhra kostyumu, uzunqol və qısaqol köynəklər
lot 3 - qalstuk, idman kostyumu, səhra maykası, mayka, tuman, pambıq corab, əlcək, şərf, isti alt tuman köynək və puloverlər
lot 4 - qiş və səhra çəkmələri, uzunboğaz çəkmə, kişi və qadın üçün gündəlik ayaqqabılar, idman ayaqqabısı, şalvar qayışı və xüsusi kəmərlər
lot 5 - fərqlənmə nişanları
lot 6 - yataq ləvazimatları
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azadlıq prospekti 161(Əlaqələndirici şəxs :Rövşən İbrahimov, telefon :5906724) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 2903.00 manat
lot 2 - 16048.00 manat
lot 3 - 2488.00 manat
lot 4 - 7019.00 manat
lot 5 - 2772.00 manat
lot 6 - 430.00 manat
Hesab: | AZ32CTRE00000000000002077770 |
VÖEN | 1500281641 |
Bank: | Dövlət Xəzinadarlıq Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | BİK CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-12-25 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-01-11 17:00qədər Azadlıq prospekti 161 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-01-12 15:00 tarixində Azadlıq prospekti 161 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI