DİN Daxili Qoşunlar Baş İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 2023-cü il üçün HiPath 4000, HiPath 3800 və OpenScape X8 sistemlərinə texniki xidmətlərin göstərilməsinin və HiPath 3800, OpenScape X8 sistemlərinə proqram dəyişikliyinin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1500426471
Satınalan təşkilatın ünvanı: Qəzənfər Musabəyov 4
Müsabiqənin başlama tarixi və vaxtı: 02.06.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 17:00
Müqavilə üzrə ödəmələr nağdsız qaydada, İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, aktlar və s.) əsasında mallar göstərildikdən sonra ilin sonunadək (xidmətlər qəbul edildikdən sonra)
Çatdırılma yeri - Daxili Qoşunların Baş İdarəsi və hərbi hissələr
Çatdırılma müddəti - 01.12.2023-cü il tarixədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün maliyyə imkanları
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və kadr imkanlarının, işçi qüvvəsinin olması barədə aşağıdakı rəsmi məlumatlar
İddiaçının bank rekvizitləri və digər məlumatlar
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cəfərov Asəf, qərargahın rabitə və AİS şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: 012-590-65-10
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
HiPath 4000 sisteminə texniki xidmət |
Texniki xidmət |
12 |
ay |
2 |
HiPath 3800 və OpenScape X8 sisteminə texniki xidmət |
Texniki xidmət |
300 |
adam-saat |
3 |
HiPath 3800 və OpenScape X8 sisteminə proqram dəyişikliyi |
Texniki xidmət |
70 |
adam-saat |