DİN Baş Mühafizə İdarəsi təmir işləri ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Ece Group" MMC (VÖEN: 1305634431) olub.
Şirkətlə 537 377 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə DİN-in Baş Mühafizə İdarəsinin və tabeçiliyində olan mühafizə hissələrinin inzibati binalarının cari təmiri nəzərdə tutulur.
Qeyd edək ki, "Ece Group" MMC daha öncə də həmin qurumun 34 954 manat məbləğindəki "DİN-in Baş Mühafizə İdarəsinin inzibati binasında yerləşən qazanxana, kombi və istilik sistemlərinə texniki xidmət və istilik sistemlərinin alınması ilə əlaqədar görüləcək işlərin satınalınması" kotirovka sorğusunun qalibi seçilib (09.03.2023)