DİN Baş Dövlət Yol İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda sürücü intizamlığının daha da artırılması sahəsində, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün 2023-cü ilin tələbatına uyğun olaraq, əməkdaşlar tərəfindən sürücülərin sərxoşluq vəziyyətinin aşkarlanaraq müəyyən olunması üçün (yeni nov alkotester), narkotik maddələrin yerində aşkarlanması üçün (yeni növ narkotester) və 9 (doqquz) növdə narkotik maddələri aşkarlayan cihaz üçün testerlərin satınalınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 600 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900063851
Satınalan təşkilatın ünvanı: Xırdalan Binəqədi şossesi 4
Müsabiqənin başlama tarixi və vaxtı: 05.06.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 17:00
Çatdırılma yeri - Xırdalan-Binəqədi şossesi 4
Çatdırılma müddəti - 15-45 gün (əsas şərtlər toplusuna əsasən)
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının 2022-ci ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İxtisas göstəriciləri:
Müvafiq (analoji işlərdə) sahədə bağlanılan müqavilələr, texniki imkanlar, maliyyə imkanları, əmək müqavilələri və digər ixtisas uyğunluğunun təsdiqedici sənədləri (zəruridir) pdf formada əlavə olunmalıdır (bütün təqdim edilən sənədlər şirkət tərəfindən imzalı möhürlü formada məktubla təsdiq olunmalıdır)
Tender təklifi
Qiymət təklifi: 60 bal
Tender təklifinin qiymətinin təsviri
60 bal
Tender təklifinin qüvvədə olma müddəti
Tender təklifinin təminatının məbləği
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
Texniki təklif: 40 bal
Ödəniş şərtləri (avans ödənişi)
20 bal
Malların tam təhvil verilmə müddəti
20 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İqbal Rzayev, Baş mühəndis-inspektor
Email: [email protected]
Əlaqə telefonu: 5908150
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Yeni növ narkotester |
Processor: Dual-Core 1.8G & Quad-Core 1.4GHz, Ekran 5.5" Touch Screen (720x1280) , Əməliyyat sistemi Android 7.1 , Ölçüləri : 21.65 x 8.65 x 5.65sm , Çəkisi : 562g (termal printer ilə birlikdə), Batareya 7.4V / 3,000mAh Litium, Batareya ömrü 580 test (çap ilə) 800 test (çapsız) Kamera 13 Mega Pixel , Operativ yaddaşı DDR3 2GB, Yaddaş həcmi EMMC 16GB, 100,000 test yazılım. İşləmə temperaturu 0°C - 50°C , Yaddaş temperaturu -20°C - 70°C , 3095 2D Bardcode skaner, GPS dəstəklənir, Daxili Termal Çap qurğusu, İnternet bağlantı 4G, NFC, WiFi dəstəklənir , Maximal test imkanı 9 (Selik/Saç), 14 (Sidik) |
142 |
ədəd |
2 |
Yeni növ alkotester |
Əməliyyat sistemi Android 5.1, İnternet bağlantı 4G, WIFI, İşləmə temperaturu -10°C - 50°C, Yaddaş temperaturu -30°C - 70°C, Ölçüləri 21.2 x 8 x 3.6sm , Çəkisi : 433g batareya daxil, Batareya 7.4V 2,000mAh Li-ion , Batareya ömrü 700 test (250 test çapsız) , Yaddaş həcmi 100,000 test yazılım, Ekran 4.3" TFT rəngli toxunma ekran, kamera 5 Megapixel , Yenilənmə vaxtı 5 san, Nümunə götürmə sistemi - avtomatik və ya manual, Əlavə güc qaynağı 12V nəqliyyat vasitəsi və ya AC 6V, Aşkarlama Aralığı 0.00% BAC dən 0.4% BACə qədər , Dəqiqlik 0 - 0.10% BAC ±5% , GPS - 5M aralığında , Çap qurğusu - Termal Printer , Bağlantı USB |
50 |
ədəd |
3 |
9 (doqquz) növdə narkotik maddələri aşkarlayan yeni növ narkotester üçün testerlər |
9 (doqquz) növdə narkotik maddələri aşkarlayan |
15.000 |
ədəd |