Dövlət İmtahan Mərkəzi (DİM) 11 min manatlıq gül alışı müqaviləsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.
Eləcə də bax: Metropoliten əlamətdar günlər üçün 48,8 min manatlıq - GÜL ALIB
FED.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, bu tip müqavilələr rəsmidir və hər il imzalanır
“Əliyev Ceyhun Əbdülağa oğlu da “Ağ Çiçəyim” gül dükanları adından tərəf kimi iştirak edib. Gül buketləri bütün il ərzində həyata keçirilən müxtəlif dövlət tədbirləri, konfranslar, bayramlarda və digər tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulur”.
Eləcə də bax: Təhsil Nazirliyinin "odun tenderi"ndə - DÖRDQAT QİYMƏT FƏRQİ
Qeyd edək ki, bu gün DİM-in fiziki şəxs Əliyev Ceyhun Əbdülağa oğlu ilə 11 min 227,7 manatlıq müqavilə bağlanması barədə məlumat yayılıb.
"oxu"