Diasporla İş üzrə Dövlət Komitəsi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və əməkdaşlarının İtaliya Respublikasının Roma, Estoniya Respublikasının Tallinn, Almaniya Federativ Respublikasının Hamburq, Maqdeburq və Berlin şəhərlərinə səfərləri nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: 0124986187
Satınalan təşkilatın ünvanı: Bakı şəh. Nəsimi rayonu, S. Vurğun küç. 42
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 18.04.2023 19:20
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 04.05.2023 10:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.