Bakı şəhəri, Dənizkənarı Milli Parkda yerləşən mövcud tennis kortunun binasının yenidənqurma və gücləndirmə işləri”nin satın alınması tender elan edib.
FED.az xəbər verir ki, iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən şəxslər lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas Şərtlər Toplusunu əldə edə və müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər
LOT- 1: İştirak haqqı: 350 manat.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Benefisiar: “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxs
VÖEN: 1700865471
Hesab: AZ88AİİB38060019443603022118
Bank: “Kapital Bank” ASC, Gənclik filialı.
VÖEN: 9900003611 Kod: 200189 Müxbir hesab: AZ37NABZ01350100000000001944 SWİFT: AİİBAZ2X
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri
2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış;
5. Vergilərə və sair icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
6. Əsas Şərtlər Toplusunda müəyyən edilmiş digər müvafiq sənədlər. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri 19.02.2021-ci il, saat 14:00 tarixinə qədər və yuxarıda göstərilən digər sənədləri 01.03.2021-ci il, saat 14:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
İddiaçıların təklifləri 02.03.2021-ci il, saat 14:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.