Dənizkənarı Bulvar İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Dənizkənarı Milli Park ərazisində yerləşən uşaq meydançalarına rezin piltələrin alınması və döşənilməsi işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700865471
Satınalan təşkilatın ünvanı: Bakı ş., Səbail ray. Neftçilər pr.2A
Müsabiqənin başlama tarixi və vaxtı: 25.06.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 01.08.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 02.08.2023 15:00
Ödəniş şərtləri - Hesablaşma hesabına köçürmə yolu ilə
Çatdırılma yeri - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A
Çatdırılma müddəti - 3 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə)
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
Rekvizitləri
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səbuhi Xancanov, Maliyyə və təminat şöbəsi müdirinin müavini
Email: [email protected]
Əlaqə telefonu: (012) 404-95-96
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Mövcud döşəmə materialının (rezin plitə) sökülməsi və alt hissəsində olan beton döşəmənin xəfif yonularaq düzəldilməsi |
Ağ şəhər ərazisində yerləşən uşaq meydançası |
1.085 |
m(2) |
2 |
50x50x1.6 sm ölçüdə rezin plitə materialı, yapışdırıcı material (kley) və onun vurulması işçiliyi (qara-qırmızı rəngdə plitələrlə şahmatvari düzüləcək) |
Qara-qırmızı rəngdə plitələrlə şahmatvari düzüləcək |
1.085 |
m(2) |
3 |
Mövcud döşəmə materialının (rezin plitə) sökülməsi və alt hissəsində olan beton döşəmənin xəfif yonularaq düzəldilməsi |
Köhnə bulvarda “Qoşa fontan”ların ətrafı |
116,08 |
m(2) |
4 |
50x50x1.6 sm ölçüdə qara rəngdə rezin plitə materialı, yapışdırıcı material (kley) və onun vurulması. |
Qara rəngdə plitələr |
116,08 |
m(2) |