Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park ərazisində döşəmə örtüyünün dəyişdirilməsi üçün materialların satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Park Services” QSC olub. Şirkətlə 101 min 875 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də “Azərsu” ASC-nin 297 min 242 manat məbləğindəki ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına lyuk və yağış barmaqlıqların satın alınması” (31.08.2022) qazanıb.