Bakı və Abşeronda dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb.
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.
Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/