Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş dövlət müəssisə və şirkətlərinin balansında olan əsas vəsaitlərin silinməsi prosedurlarının təhlili ilə bağlı məsləhət xidməti” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti olub.
Qalib şirkətə 102 660 manat ödəniləcək.
A.ağıdaki cədvəldə qeyd olunmuş xidmətlər satın alınacaq :
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
1 |
Hazırda portfel şirkətlərində mövcud olan əsas vəsaitlərin silinməsi ilə bağlı tənzimləyici sənədlərin, prosedurların diaqnostikasının aparılması və əsas problemlərin müəyyənləşdirilməsi |
1 |
ədəd |
2 |
Əsas vəsaitlərin silinməsi ilə bağlı yerli və beynəlxalq təcrübə əsasında bençmarkın aparılması və qeyd edilən prosedurlarda dövlət müəssisələrinin idarəetmə orqanlarının, eləcə də Azərbaycan İnvestisiya Holdinqinin rolunun müəyyənləşdirilməsi |
1 |
ədəd |
3 |
Əsas vəsaitlərin silinməsi siyasətinin hazırlanması |
1 |
ədəd |
4 |
Hazırlanmış siyasətin tətbiq olunması məqsədi ilə qanunvericiliyə edilə biləcək dəyişikliklərin texniki iqtisadi əsaslandırmasının aparılması |
1 |
ədəd |
5 |
Siyasətin tətbiqi üçün yol xəritəsinin hazırlanması |
1 |
ədəd |